image-dollarbackend

FED dünyanın gözlədiyi qərarı açıqladı

ABŞ Federal Ehtiyat Sistemi gözlənilən qərarını açıqlayaraq əsas faiz dərəcəsini dəyişməz saxlayıb.

Qərara əsasən, uçot dərəcəsi 3,50–3,75 faiz aralığında sabit saxlanılıb. Beləliklə, FED ardıcıl üç iclasda da faizlərdə dəyişiklik etməyib.

Referans Media xəbər verir ki, maliyyə bazarlarının diqqətlə izlədiyi qərar iqtisadçıların gözləntilərinə uyğun olub. Analitiklər FED-in hazırkı siyasətini inflyasiya ilə mübarizə və iqtisadi sabitliyin qorunması çərçivəsində qiymətləndirir.

Son aylarda keçirilən yanvar və mart iclaslarında da eyni qərar qəbul edilmişdi və faizlər sabit saxlanılmışdı.

FED-in növbəti faiz qərarı 2026-cı ilin 17 iyun, 29 iyul, 16 sentyabr, 28 oktyabr və 9 dekabr tarixlərində keçiriləcək iclaslarda açıqlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki