Trabzonspor Prezidenti Ərtoğrul Doğan Misir millisinin ulduz futbolçusu Məhəmməd Salahın kluba transfer olunacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.
Referans MEDİA xəbər verir ki, son günlər Türkiyə mətbuatında Salahın transferi ilə bağlı Trabzonsporun danışıqlara başladığı və tərəflərin böyük ölçüdə razılığa gəldiyi iddia olunurdu.
Bundan əvvəl futbolçunun Beşiktaşla aparılan transfer danışıqlarının meneceri Rami Abbasın irəli sürdüyü şərtlər səbəbindən dayanması barədə xəbərlər yayılmışdı.
Beyaz TV-nin məlumatına görə, Trabzonspor Prezidenti Ərtoğrul Doğan Məhəmməd Salahın transferi ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Beləliklə, Trabzonspor rəhbərliyi Misirli ulduzun komandaya keçəcəyi ilə bağlı yayılan xəbərləri rəsmən təkzib edib.
