Türkiyə xarici işlər naziri Hakan Fidan Livandakı vəziyyətlə bağlı narahatedici açıqlama verib.
Referans Media xəbər verir ki, barədə “Haberler” məlumat yayıb.
Nazir bildirib ki, ölkədə məcburi köçkünlərin sayı artıq bir milyona yaxınlaşır və bu tendensiya davam edərsə, region üçün ciddi və daimi qaçqın böhranı yarana bilər. Onun sözlərinə görə, vəziyyətin daha da gərginləşməsi insanların ölkədən kənarda sığınacaq axtarmasına səbəb olacaq.
“Əgər müharibə şiddətlənməyə davam edərsə, insanlar xaricdə sığınacaq axtarmağa başlayacaqlar. Buna son qoyulmalıdır. Əks təqdirdə bu bizim üçün böhran xəbərdarlığıdır”, – deyə Fidan vurğulayıb.
Türkiyə rəsmisi beynəlxalq ictimaiyyəti vəziyyətə biganə qalmamağa çağıraraq, münaqişənin dayandırılması və humanitar böhranın dərinləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.//globalinfo.az
