Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı həyata keçirəcəyi yeni əməliyyatları təsdiqləyib.
Referans Media xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib.
O, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Aleksandr Pokladı qəbul edib.
Zelenski bildirib ki, SBU-nun fəaliyyətində müsbət nəticələr var və avqust ayı üçün müəyyən edilmiş prioritetlər üzrə yeni əməliyyatlar razılaşdırılıb.
O, həmçinin qurumun daxili strukturunun öz maraqlarına xidmət edən, Ukrayna üçün çalışmayan şəxslərdən təmizlənməsi ilə bağlı tapşırıq verib.
