Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır





















