Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 28-30-da Türkiyədə rəsmi səfərdə olacaq.
Referans Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov sosial şəbəkə hesabında məlumat verib.
Səfər çərçivəsində Ankarada iki ölkə liderinin iştirakı ilə danışıqlar keçiriləcək. Görüşlərdə genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.
Qasım-Jomart Tokayev Türkiyəyə səfəri zamanı Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində də iştirak edəcək./Globalinfo.az
