Gəncədə yeniyetmə bıçaqlandı

Gəncədə yeniyetmə bıçaqlanıb.

Referans Media “Unikal”a istinadla xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki 2012-ci il təvəllüdlü M.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, M.Hüseynovu qonşusu bıçaqlayıb. Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki