Laçın rayonunun Güləbird kəndinə su çəkiləcək.
Referans Media bildirir ki, bu barədə İqtisadiyyat.az Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan məlumat əldə edib.
Belə ki, 581 ailəlik (birinci mərhələdə 150 ailəlik) Güləbird kənd yaşayış məntəqəsində su təchizatı şəbəkəsinin tikintisi nəzərdə tutulub.
Sözügedən işlərin icrasına 1,7 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
