Hava limanında müəmmalı insident: Polis axtarışlara başladı - FOTO

Almaniya polisi Leypsiq hava limanında müəmmalı hadisə aşkarlayıblar.

Referans Media "Bild"ə istinadən xəbər verir ki, An-24 yük təyyarələrinin dayandığı əraziyə aid hasarda dağıntılı dəlik aşkarlanıb. Məlum olub ki, naməlum avtomobil xüsusi qorunma üçün salınmış məhdudiyyət hasarına çırpılıb.

"Hasardakı dəliyi təhlükəsizlik əməkdaşları şənbə günü saat 23:00 radələrində aşkar ediblər. Federal və regional polis əməkdaşları tez bir zamanda hadisə yerinə cəlb olunublar və hava limanı ərazisini yoxlayıblar",- nəşr yazıb.

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Tereza Leverenz nəşrə açıqlamasında bildirib ki, hadisə səbəbindən hava limanının şimal hissəsindəki uçuşlar dayandırılıb. "Amazon"un yük təyyarələri cənub uçuş-enmə zolağına enməyə məcbur ediliblər.

"Böyük ehtimalla avtomobil hasara çırpılıb. Lakin ərazidə gecə axtarışı zamanı nə avtomobil, nə də icazəsi olmayan şəxslər tapılmayıb", - Leverenz deyib.(publika.az)

Photo

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki