Həcc ziyarəti üçün cəmi 7 faiz yer qalıb – QMİ

Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 93%-i artıq tamamlanıb.

Referans Media xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda 7% yer qalıb.

“Sənəd qəbulunun yekunlaşmasına sayılı günlər qalıb. Kvota dolmaq üzrədir, vətəndaşlar tələssinlər”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki