Hörmüz boğazında DƏHŞƏT: İki neft tankeri partladı

Hörmüz boğazında baş verən partlayışlar bölgədə gərginliyi daha da artırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazdan icazəsiz keçməyə çalışan iki neft tankerinin dəniz minalarına düşərək partladığını açıqlayıb. Tankerlərdən birində yanğın baş verdiyi, hər iki gəminin isə hərəkət qabiliyyətini itirdiyi bildirilib.

Referans Media xəbər verir ki, İran tərəfinin iddiasına görə, tankerlər naviqasiya və tanınma sistemlərini söndürərək ABŞ ordusunun dəstəyi ilə qadağan olunmuş marşrutdan gizli keçməyə çalışıblar.

İran mətbuatının yaydığı məlumata görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Bölməsi hadisə ilə bağlı açıqlama verib. Bildirilib ki, dəniz minalarına düşən gəmilərdən biri supertankerdir. Partlayışdan sonra tankerdə yanğın baş verib. Hər iki gəminin hərəkət qabiliyyətini itirdiyi qeyd olunub. SEPAH açıqlamasında tankerlərin ABŞ ordusunun dəstəyi ilə qanunsuz marşrutdan keçməyə cəhd etdiyini iddia edib.

Hadisədən əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında hərəkət edən gəmilərdən birinin naməlum sursatla vurulduğunu açıqlamışdı. İranın iki neft tankerinin dəniz minalarına düşərək partladığı barədə məlumatı isə bu açıqlamadan sonra yayılıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki