İlk rəsmi səfərini Türkiyəyə edəcək – FOTO

Şimali Kipr Türk Respublikası (KKTC) Prezidenti Tufan Ərhürman 13 noyabrda Türkiyəyə ilk beynəlxalq səfərini edəcək.

Referans.az  xəbər verir ki, görüşlərdə Kipr məsələsi və Türkiyə-KKTC münasibətlərinin bütün aspektləri müzakirə olunacaq.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutur. Görüşlərdə Kipr məsələsi və Türkiyə-KKTC münasibətləri ilə bağlı mövcud inkişaflar da müzakirə olunacaq.

Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran səfərlə bağlı açıqlamasında bildirib ki, “Şimali Kipr Türk

Respublikasının Prezidenti Tufan Ərhürman 13 noyabr 2025-ci ildə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə

Türkiyəyə ilk beynəlxalq səfərini edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki