İran atəşkəsi pozdu - Tramp

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd dəfə dronla hücum edib.

Referans Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

ABŞ lideri bildirib ki, dronlardan biri yük daşıyan gəminin yuxarı göyərtəsinə çırpılıb.

"Zərər dəysə də, amma gəmi yoluna davam edə bilib. Biz digər üç dronu vurduq. Aydındır ki, bu, atəşkəs sazişimizin pozulmasıdır", - deyə Tramp vurğulayıb../Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki