Müharibənin 14-cü günündə önəmli hadisə baş verib. İran, İraqın Ərbil şəhərində Peşmərgə və Fransanın birgə istifadə etdiyi hərbi bazaya kamikaze tipli pilotsuz uçuş aparatı vasitələri (PUA) ilə hücum edib. Fransa Prezidenti Emmanuel Makron hücumda Fransa batalyonunun baş çavuşu Arnaud Frionun öldüyünü və bir neçə əsgərinin yaralandığını bildirib.
Referans Media xəbər verir ki, İran İraqın Ərbil şəhərində Peşmərgə və Fransa əsgərlərinin yerləşdiyi hərbi bazaya kamikadze dron hücumu həyata keçirib. Yerli mənbələr hücum zamanı bazada çoxsaylı partlayışların baş verdiyini və obyektin bəzi hissələrində genişmiqyaslı yanğınların baş verdiyini bildirib.
Fransa Prezidenti Emmanuel Makron İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücumda bir fransız əsgərinin öldüyünü və bir neçə nəfərin yaralandığını açıqlayıb.
X sosial media hesabında verdiyi açıqlamada Makron Fransa batalyonunun baş çavuşu Arnaud Frionun öldürüldüyünü və bir neçə əsgərinin yaralandığını bildirib.
Makron “2015-ci ildən bəri İŞİD-lə mübarizə aparan qüvvələrimizə qarşı bu hücumun qəbuledilməz olduğunu” bildirib.
Makron vurğulayıb ki, İraqdakı hərbi mövcudiyyət yalnız terrorla mübarizə məqsədi daşıyır və bölgədəki münaqişələr bu cür hücumları haqq qazandıra bilməz.






















