“İran hökuməti dinc etirazları yatırmaq üçün “Hizbullah” döyüşçülərini və İraq silahlı qruplarını ölkəyə yerləşdirir”.
Referans Media xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin “X” sosial şəbəkə hesabında yerləşdirilib.
Paylaşımda bildirilir ki, İran illərdir xaricdəki proksi qrupları dəstəkləmək üçün xalqa məxsus milyardlarla dövlət vəsaitini xərcləyib.
Vaşinqton bu qüvvələrin İran vətəndaşlarına qarşı istifadəsini əhalinin hüquqlarının pozulması kimi xarakterizə edib.























