“İranın Oman Körfəzi sahilindəki hərbi-dəniz bazasına endirilmiş zərbə ciddi nəticələr doğurub”.
Referans Media xəbər verir ki, bu məlumat “BBC Verify” bölməsinin apardığı yüksək dəqiqlikli peyk şəkillərinin təhlili nəticəsində əldə edilib.
“Görüntülər Hormozqan vilayətinin cənub‑şərqində yerləşən Konarak bazasındakı bir gəmidən qalxan sıx qara tüstünü göstərir. Konarak İranın dörd əsas hərbi-dəniz bazasından biridir və onun yaxınlığında hərbi hava bazası da yerləşir. Hadisənin dəqiq səbəbləri və itkilərin miqdarı hələlik açıqlanmır”, – deyə bildirilib.
Məlumata görə, mütəxəssislər bazaya endirilmiş zərbənin İranın dəniz və hava qüvvələri üçün strateji əhəmiyyətli obyektlərə təsirini qiymətləndirməyə çalışır./Globalinfo.az





















