İranda təhlükəsizlik qüvvələri etirazçılara pulemyotlardan atəş açıb.
Referans MEDİA -a istinadən xəbər verir ki, bu barədə İran telegram kanalları məlumat yayıb.
Məlumatda bildirilir ki, Mərvdəştdə təhlükəsizlik qüvvələri etirazçılara məktəbin və bankın damından atəş açıb, azı 15 nəfər ölüb.
Sosial şəbəkələrdə də pulemyotlardan atəş açıldığı iddia edilən bir video yayılıb.
Kütləvi etirazları yatırmaq üçün şəhər ətrafında helikopterlər havaya qaldırılıb, internet bağlantısı kəsilib.























