İraq lideri İlham Əliyevə məktub ünvanladı

İraq Respublikasının Prezidenti Nizar Amidi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Referans Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və uğurlar, xalqınıza isə davamlı tərəqqi və firavanlıq arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə sadiqliyimizi bir daha təsdiqləyirik”, - təbrik məktubunda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki