İsrail İrana hücuma hazırlaşır – Anons verildibackend

İsrail İrana hücuma hazırlaşır – Anons verildi

  Təl-Əviv avqustun sonlarında müharibə ehtimalını ciddi şəkildə nəzərdən keçirir.

Bu barədə “Foreign Policy” nəşri yazıb. Məlumata görə, İran da yeni hücumu gözləyir və hazırlıqlarını gücləndirir.

Analitiklər qarşıdakı müharibənin əvvəlkilərdən daha dəhşətli olacağını proqnozlaşdırırlar. İsrail, İranın uranı zənginləşdirməyə davam etməsindən asılı olmayaraq, onun raket arsenalını artırmasına, hava hücumundan müdafiə sistemlərini bərpa etməsinə və qabaqcıl texnologiyalar yerləşdirməsinə imkan vermək istəmir.

Mənbənin iddiasına görə, İsrailin məqsədi mümkün qədər tez və qəti zərbə endirərək Tehranın hərbi üstünlüyə çatmaq planlarını puç etməkdir./globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki