İsrail hərbi qüvvələri şənbə axşamı Suriyanın Quneytra əyalətinin cənubuna doğru irəliləyib.
Referans Media xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
İsrail qüvvələri Tel əl-Əhmər əş-Şərqi ərazisinə doğru irəliləyərək, təpənin zirvəsində mövqe tutublar:
“Əməliyyatda iki tank, iki hərbi nəqliyyat vasitəsi və “Humvee” tipli yolsuzluq avtomobilləri istifadə olunub.
Hərbi qüvvələr yüksək əraziyə daxil olaraq əvvəlcədən hazırlanmış mövqeni nəzarətə götürüblər”.
Qeyd edək ki, İsrail qüvvələri Livanın cənubunda da işğal etdiyi əraziləri genişləndirməyə çalışır./Globalinfo.az/























