İsrail və Livan danışıqlara başlayır

İsrail və Livan arasında birbaşa danışıqlar gələn həftə Vaşinqtonda ABŞ Dövlət Departamentində başlayacaq.

Referans Media APA-ya istinadla xəbər verir ki, bu barədə “Axios” portalının əməkdaşı Barak Ravid öz “X” hesabında məlumat verib.

Ravid danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin rəhbərlərinin adlarını da çəkib.

Bildirib ki, danışıqlarda ABŞ-ı ölkənin Livandakı səfiri Mişel İssa, İsraili Vaşinqtondakı diplomatik missiyanın rəhbəri Yehiel Leiter, Livanı isə Vaşinqtondakı səfiri Nada Hamadeh-Moavad təmsil edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki