İstanbul Boğazında qeyri-adi mənzərə: Yağışdan sonra suyun rəngi dəyişdi – VİDEO

İstanbulda güclü yağışlardan sonra İstanbul Boğazı və Haliç ətrafında suyun rənginin dəyişməsi diqqət çəkib. Dərələrdən axan palçıqlı su boğaza qarışaraq bəzi ərazilərdə suyun qəhvəyi rəng almasına səbəb olub.

Referans Media xəbər verir ki, bir neçə gün davam edən güclü yağış nəticəsində ətraf ərazilərdəki çay və dərələrdən gələn palçıqlı sular birbaşa boğaza axıb. Xüsusilə Göksu dərəsindən gələn güclü axın nəticəsində sahilə yaxın hissələrdə suyun rəngi açıq şəkildə dəyişib.

Hadisə nəticəsində bəzi problemlər də yaranıb. Göksu dərəsinin ətrafında yerləşən kiçik qayıqların bir qisminin su alaraq batdığı bildirilib.

Mövzu ilə bağlı açıqlama verən Bayram Öztürk bildirib ki, güclü yağışlar zamanı qurudan dənizə daxil olan maddələrin miqdarı artır:

“Bu, əsasən palçıq və torpaq hissəcikləridir. Belə hallarda sahilyanı ekosistemə müəyyən təsirlər ola bilər. Güclü yağışlar zamanı qurudan gələn maddələr dənizə daha çox qarışır”.

Hadisənin baş verdiyi ərazilər dron vasitəsilə də görüntülənib. Havadan çəkilən kadrlarda palçıqlı suyun boğaz boyunca necə yayıldığı və sahilboyu ərazilərdə rəng fərqinin açıq şəkildə göründüyü diqqət çəkib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki