2006-cı il təvəllüdlü şəxs (qadın) 25.08.2026-cı il tarixində saat 12:10 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Referans Media bildirir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB qeyd edib.
Qeyd olunub ki, boyun nahiyəsinin çoxsaylı açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
