Türkiyənin İstanbul şəhərində yarım tondan çox narkotik maddə ələ keçirilib.
“Referans Media” xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi “X”dəki hesabında məlumat yayıb.
“527 kiloqram 475 qram skank maddəsi aşkarlanıb”,- məlumatda bildirilib.
İş üzrə 7 şübhəli şəxs saxlanılıb.























