Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 1 əməliyyat keçirilib.
Bu barədə Referans Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən tədbirlər nəticəsində 1 uşaq xilas edilib.
