Türk Dünyasının səhiyyə elitası Naxçıvanda bir araya gəldi!

Naxçıvanda keçirilən Beynəlxalq Naxçıvan Tibb Günləri çərçivəsində təşkil olunan elmi-praktiki konfransda Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev moderator və çıxışçı qismində iştirak edib.

Konfransda türkdilli ölkələrdən dəvət olunmuş tanınmış həkimlər, tibb üzrə alimlər, tələbələr və digər səhiyyə mütəxəssisləri iştirak ediblər. Tədbir çərçivəsində müxtəlif tibb sahələri üzrə elmi məruzələr dinlənilib, panel müzakirələr aparılıb və qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.

Tədbirdə çıxış edən baş həkim Coşqun Babayev konfransın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, belə beynəlxalq elmi platformaların Azərbaycan səhiyyəsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Coşqun Babayev təəssüratlarını bölüşərkən deyib: “Türkdilli ölkələrin həkim, tələbə və digər mütəxəssisləri ilə tanışlıq möhtəşəm hissdir. Bu cür tədbirlər bizə həm tibbin ən son yenilikləri ilə tanış olmaq, həm də gələcək birgə əməkdaşlıqlar üçün yeni əlaqələr qurmaq imkanı yaradır.”

Qeyd edək ki, Beynəlxalq Naxçıvan Tibb Günləri ənənəvi olaraq türkdilli ölkələrin tibb ictimaiyyətini bir araya gətirən nüfuzlu elmi tədbir hesab olunur. Konfransın əsas məqsədi tibb sahəsində elmi yeniliklərin tətbiqi, həkimlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki