Londonu qəzəbləndirən qərar: İran elə bir qərar verdi ki...

İranın Böyük Britaniyanın Kral Hərbi Dəniz və Kral Hərbi Hava qüvvələrini terror təşkilatı elan etməsi Londonun sərt reaksiyasına səbəb olub.

Referans Media xəbər verir ki, Böyük Britaniyanın müdafiə rəsmisi Berlində almaniyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Tehranın qərarını “tamamilə həyasızlıq” adlandırıb. O, İranın ittihamlarına ciddi yanaşmadığını bildirərək, bununla bağlı qəzet materiallarını medal kimi evinin tualetinə asacağını deyib.

Rusiya-Ukrayna müharibəsinə də toxunan britaniyalı rəsmi Avropanın Soyuq müharibədən sonra görünməmiş təhlükə ilə üzləşdiyini bildirib. O, NATO ölkələrini müdafiə imkanlarını və hərbi əməkdaşlığı gücləndirməyə çağırıb. “Rusiya NATO ərazisinin hər qarışını qorumağa hazır olduğumuzu anlamalıdır”, – deyə rəsmi vurğulayıb. O, İngiltərənin Rusiya ilə müharibə istəmədiyini, məqsədin Moskvanı mümkün hücumdan çəkindirmək olduğunu qeyd edib.

Ukraynaya dəstəyin davam edəcəyini bildirən britaniyalı rəsmi münaqişənin həlli ilə bağlı qərarların Kiyevin iştirakı olmadan qəbul edilməsinin mümkün olmadığını deyib. O, Ukraynanın müdafiəsinin Avropanın təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu vurğulayıb.

İranı regionda gərginliyi artırmaqda ittiham edən İngiltərə rəsmisi buna baxmayaraq, Tehranla diplomatik kanalların açıq saxlanılmasının vacibliyini bildirib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi noyabrın 1-də yaydığı bəyanatda Böyük Britaniyanın Kral Hərbi Dəniz və Kral Hərbi Hava qüvvələrini “terror təşkilatı”, kəşfiyyat xidməti MI6-nı isə “düşmən qrup” elan edib. Tehran bu addımın Londonun İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) 2026-cı il Dövlət Təhdidləri Aktının əhatə dairəsinə daxil etməsinə cavab olduğunu bildirib.

İran qərarın noyabrın 1-dən qüvvəyə mindiyini və qarşılıqlılıq prinsipinə əsaslandığını bəyan edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki