Ermənistan TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə bu tarixdə başlayacaq

"TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanılacaq".

Referans Media xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai Televiziyanın efirində bəyan edib.

“Dəmir yolunun tikintisinə başlamaq üçün Sünikdə (Zəngəzur - red) ərazini hazırlayırıq. İlkin parametrlərimiz artıq müəyyənləşdirilib. İlkin ekspertiza araşdırmaları göstərir ki, bu işlərin uzlaşdırılması həm xərcləri əhəmiyyətli dərəcədə azaldacaq, həm də təşkilati baxımdan daha düzgün olacaq. Hökumət artıq həm elektrik xətləri, həm də yolun layihələndirilməsi ilə bağlı ilkin tədqiqatların aparılmasını sifariş edib. Yaxın aylarda bu araşdırmaların nəticələrini əldə edəcəyik. Beləliklə, 2027-ci il tikinti işləri baxımından kifayət qədər intensiv il olacaq və əhəmiyyətli irəliləyişə nail olacağıq”, — deyə Kostanyan bildirib.

Onun sözlərinə görə, dəmir yolunun hansı marşrut üzrə keçəcəyi artıq məlumdur. Hazırda gələn il dəmir yolunun əsas tikinti işlərinə başlamaq üçün müvafiq ərazinin hazırlanması və minimal mühəndis-texniki işlərin görülməsi istiqamətində tədbirlər həyata keçirilir.

O qeyd edib ki, hazırda Sünikdə ərazinin təmizlənməsi işləri aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki