ABŞ qüvvələri, İran Donanmasının neft tankerindən çevrilmiş və PUA/raket əməliyyatları üçün hazırlanmış 228 metrlik nəhəng gəmisini vurub. Hücumdan qısa müddət sonra gəmi tamamilə batıb.
Referans Media xəbər verir ki, “IRIS Şəhid Bageri”, 6 fevral 2025-ci ildə xidmətə girərək İran İnqilab Keşikçiləri Donanmasının ilk PUA daşıyıcı gəmisi olmuşdu.
Gəmi, hərbi hava müdafiəsi sistemi, xüsusi təyinatlı qüvvələr, tibbi mərkəzlər və çoxlu təchizat stansiyaları ilə təchiz edilmişdi.
Təxminən 240 metr uzunluğunda və 42 min ton tutuma malik gəmi, 180 metrlik uçuş-enmə zolağı sayəsində PUA-lar, helikopterlər və hücum qayıqları daşıya bilirdi. Nəhəng gəminin əməliyyat mənzili 22.000 dəniz milidir.
Dünən Küveyt ordusunun “səhv atəşi” nəticəsində 3 F-15 təyyarəsi vurulan ABŞ ordusu, müharibənin dördüncü günündə “Şəhid Bəhmən Bageri” gəmisini batırmaqla İrana ən böyük zərbələrdən birini vurdu.
2000-ci ildə Cənubi Koreyada inşa edilən Perarin konteyner gəmisi 2022-2024-cü illər arasında hərbi məqsədlər üçün yenidən qurulub.






















