61 yaşlı kişi sükan arxasında öldü

Sumqayıt şəhərində 61 yaşlı kişi sükan arxasında ölüb.

Referans Media xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi bağları” yaşayış massivində baş verib.

Şəhər sakini 1965-ci il təvəllüdlü Çingiz Həmdulla oğlu Bayramov idarə etdiyi BYD markalı avtomobildə ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki