image-nerimanbackend

Nəriman Axundzadə ABŞ-a yola düşdü

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu “Kolambus Kryu” klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-a yollanıb.

Referans Media Report-a istinadla xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.

Forvard bu səhər yola düşüb. Futbolçu Amerika klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, o, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.

N.Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-da olacaq.

Qeyd edək ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün “Qarabağ”a 1 milyon avrodan bir az çox ödəniş edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki