Britaniya kral ailəsinin gəlini Meqan Marklın (Şahzadə Harrinin həyat yoldaşı) biznesi uğursuz olub.
Referans Media xəbər verir ki, Meqan və Harrinin lüks həyat tərzini davam etdirməkdə çətinlik çəkdiyi bir müddətdir müzakirə olunur. Lakin yeni məlumatlara görə vəziyyət gözləniləndən də ciddidir.
Sosial mediada və ictimai yerlərdə gülümsəməsini qorumağa çalışdığı deyilən Meqanın “As Ever” adlı brendi ciddi zərərlə üzləşib.
Xatırladaq ki, Marklın brendi əsasən mürəbbə başda olmaqla müxtəlif qida və içki məhsulları satırdı. İlk mərhələdə Hollivud məşhurlarının da dəstəyi ilə satışlar yaxşı gedirdi, lakin sonradan vəziyyət dəyişib.
İddialara görə, “As Ever” məhsullarına gözlənilən tələbat olmayıb. Bu səbəbdən məhsullar anbarlarda uzun müddət qalır və son istifadə tarixinin keçməsi səbəbilə satışa yararsız hala düşür. Bu vəziyyətdə Meqanın ümumi zərərinin 5 milyon dollara qədər yüksələ biləcəyi iddia olunur.
Brend ilk dövrlərdə güclü satış tempi ilə bazara daxil olsa da, sonradan satış göstəricilərində ciddi azalma qeydə alınıb.
“Problem marka tanınması deyil. Meqan məşhur biridir və bu, insanların "As Ever"in nə olduğunu bilməsini təmin edir. Əsas problem ilkin dövrdəki yüksək tələbatdan sonra istehsal olunan məhsul həcmini davamlı satışla qarşılayacaq kifayət qədər müştərinin olmamasıdır", deyə mənbələr bildirib.
Mütəxəssislərin fikrincə, yeni məhsul bazara çıxanda ilkin mərhələdə yüksək satışlar normaldır. Lakin əsas uğur bu marağın uzun müddət qorunmasıdır.
Ən böyük zərbə məhz qida məhsullarından gəlib. Mənbələrə görə, moda və ev əşyalarından fərqli olaraq qida məhsullarını anbarlarda uzun müddət saxlamaq mümkün deyil. Son istifadə tarixinin keçməsi ciddi itkilərə səbəb olur.
Əgər Meqan mürəbbə başda olmaqla qida məhsullarını tez bir zamanda satıb bitirə bilməsə, bu məhsulların tullantıya çevrilməsi ehtimalı var.
Hazırda artıq bir müddətdir maliyyə çətinlikləri yaşadıqları iddia olunan Meqan Markl və Şahzadə Harrinin bu vəziyyətdən necə çıxacağı maraq doğurur./Demokrat.az
