Pakistanın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb

Pakistan ordusunun Əfqanıstan ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Referans MEDİA xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökumətinin sözçüsü Zəbihullah Mücahid məlumat verib.

Onun “X” sosial şəbəkəsindəki paylaşımına görə, Pakistan hərbi qüvvələri Əfqanıstanın Kunar və Helmand əyalətlərinə zərbələr endirib. Hücumlar nəticəsində mülki şəxslər həlak olub, üç bina isə dağılıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki