Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.

Referans Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki