"Nə oldu, Mənsur..." -100 minlik mahnı qalmaqalda şok dönüş

Cənubi Azərbaycandan olan bəstəkar Mənsur Daneşvarın "Nazlanma" mahnısı ətrafında yaranan qalmaqal yeni mərhələyə keçib.

Picture background

Xatırladaq ki, bəstəkar "Nazlanma" mahnısının müəllifi kimi azərbaycanlı müğənnilər Vasif Məhərrəmli və Vəfa Şərifovanı əsərdən icazəsiz istifadə etməkdə ittiham edib. O, müəllif hüquqlarının pozulduğunu bildirərək sənətçilərdən 100 min manat təzminat tələb etdiyini açıqlamışdı.

Mənsur Daneşvarın şikayətindən sonra mahnının Vasif Məhərrəmlinin "YouTube" kanalından silindiyi bildirilmişdi. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, tərəflər arasında qalmaqalı daha da alovlandırmışdı.

 Referans Media bildirir ki, bu gün yayılan məlumata görə, sözügedən duet yenidən "YouTube" platformasında əlçatan olub. Bununla da bəstəkarın şikayətinin platforma tərəfindən qüvvədə saxlanılmadığı məlum olub. Məsələ ilə bağlı sənətçi Sərxan Kərəmoğlu sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

"Mənsur 5 min alıb imza atıb, sonradan isə 100 min istəyib. İstəyi alınmayanda mahnını sildirib. Özünü yazıq və məsum göstərən Mənsur indi "yandı". Çünki qayda-qanun var. Şirkət haqlı tərəfi seçdi. YouTube mahnını geri qaytardı. Nə oldu, Mənsur? Hanı sənə dəstək verənlər?"/Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki