Əməkdar artist Zakir Əliyev sənət aləmində müğənnilər arasındakı münasibətlərdən danışıb.
İfaçı "Günə uğurla" verilişində qonaq olarkən həmkarları arasında olan rəqabət və paxıllıq mövzusuna toxunub.
Zakir Əliyev bildirib ki, yaxşı ifaçıların səhnədə olması hər kəs üçün uğurdur:
"Yaxşı ifaçıların səhnədə olması hamımız üçün uğurdur. Özün də inkişaf edirsən, artırırsan. Rəqabət yaranır. Yaxşı ifaçı ilə eyni səhnəni bölüşəndə onun oxumağından enerji alırsan. Burada pis nə var?"
Müğənni qeyd edib ki, paxıllıq sənətə yaraşmır:
"Paxıllıq acizlikdir. Sənəti cılız olanlar paxıl olurlar. Sənəti olan insan paxıl olmur. Həmişə dua edirəm ki, müğənnilərin səsi yaxşı olsun. Paxılın içi yanır, ömrü qısa olur. Paxıllıq ifaçını məzara aparır. Bir dəfə müğənnilərdən biri dedi ki, sənə paxıllıq edənlərin hamısı ölüb"./Axşam.az/
