Elşad Xosenin ölüm xəbəri yayıldı, Dodo “özü danışacaq” dedi

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.

Referans Media xəbər verir ki, məsələ ilə bağlı Axşam.az-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

“Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlama verəcək”, – deyə Dado qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki