Rahat sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə “28 May” Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Referans Media-ya verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq “28 May” NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib.
Moskva prospekti, “20 Yanvar” dairəsindən “Şamaxinka”ya gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.
Eyni zamanda, “Şamaxinka”da metronun “20 Yanvar” stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.


