İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və İran arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəs razılaşması əsasən İranın mövqeyi əsasında formalaşıb.
O qeyd edib ki, bu razılaşma İran xalqının birliyi və mübarizəsinin nəticəsidir və ölkə həm diplomatiya, həm də müdafiə sahəsində eyni mövqedə qalacaq.
Qeyd edək ki, Donald Trump Hürmüz boğazının açılması şərti ilə iki həftəlik atəşkəsə razı olduqlarını açıqlamışdı. Tərəflər arasında yekun danışıqların İslamabadda aparılması planlaşdırılır.






















