Minab şəhərində qızlar üçün ibtidai məktəbdə baş verən faciə ilə bağlı İran rəhbərliyi sərt bəyanat yayıb.
Referans Media xəbər verir ki, Məsud Pezeşkian hadisəni “qeyri-insani əməl” adlandıraraq, baş verənlərin İran xalqını və bütün azad insanları sarsıtdığını bildirib.
Prezident qeyd edib ki, mülki obyektə qarşı həyata keçirilən hücum nəticəsində çoxsaylı günahsız şagirdlərin həlak olması millətin tarixi yaddaşında qalacaq.
“Bütün İran xalqına başsağlığı verir və onun dərin kədərini bölüşürəm. Amerika-sionist təcavüzkarların mülki obyektlərə qorxaqcasına hücumundan sonra bu qədər günahsız şagirdin həlak olması millətin tarixi yaddaşında əbədi qalacaq”, – deyə Pezeşkian vurğulayıb.
İran rəhbərliyi hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir və məsul şəxslərin cavab verəcəyini bəyan edir. Rəsmi qurumlar faciənin bütün təfərrüatlarının araşdırıldığını açıqlayıb.























