Hikmət Hacıyev Azərbaycan Dili Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib.

Referans Media xəbər verir ki, paylaşımda deyilir:

“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Ana dilimiz milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin əsas dayaqlarından biridir. Dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin məsuliyyətidir”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki