“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə maraqlanır

“Qalatasaray” hücumameylli yarımmüdafiəçi axtarışında diqqətini Rusiya bazarına yönəldib.

Referans Media xəbər verir ki, bu barədə “Sportcell” jurnalisti Səfa Kaan Öztürk sosial mediada məlumat verib.

Mənbənin məlumatına görə, İstanbul klubu 21 yaşlı yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı Moskvanın “Lokomotiv” klubu ilə rəsmi danışıqlara başlayıb.

Qeyd olunur ki, hazırda rusiyalı oyunçunun namizədliyi “Qalatasaray” tərəfindən “Strasburq”un yarımmüdafiəçisi Xulio Ensisonun seçimindən daha yüksək prioritet kimi nəzərdən keçirilir.

Batrakov ötən mövsüm komandanın heyətində bütün yarışlarda 36 oyun keçirib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun “dəmiryolçular”la müqaviləsi 2029-cu ilə qədərdir. “Transfermarkt” Alekseyi 28 milyon avroya qiymətləndirir./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki