ABŞ-nin MLS liqasında 18-ci turun oyunları davam edir.
Tur çərçivəsində Şərq konfransında Lionel Messili “İnter Mayami” ilə həmyerlimiz Nəriman Axundzadənin komandası “Kolambus Kryu” üz-üzə gəlib.
Məhsuldar alınan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Azərbaycan millisinin üzvünün argentinalı ulduzla dueli baş tutmayıb. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter Mayami”nin qollarını Luis Suares ilə Allen Noah vurub, “Kolambus Kryu” isə Kazemironun avtoqoluna və Brais Mendezin bərabərlik gətirən qoluna sevinib.
Mayamililərin əsas ulduzu, argentinalı əfsanə dünya çempionatından sonra ilk oyununa əvəzetmədən qoşulubsa, Nəriman görüşün iştirakçısı olmayıb. Hücumçumuzun adı ümumiyyətlə matçın protokoluna salınmayıb.
“İnter Mayami”nin 18 turdan sonra 38 xalla 2-ci, “Kolambus Kryu”nun isə 20 xalla 11-ci pillədə qərarlaşdığını da xatırladaq. (fanat.az)
