“Trabzonspor” “Liverpul”un keçmiş hücumçusu Məhəmməd Salahın nümayəndəsi ilə görüşüb və 34 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün təklifini çatdırıb.
Referans Media xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat verib.
Mənbənin məlumatına görə, Türkiyə klubu misirli oyunçuya 17 milyon avro maaşla iki illik müqavilə təklif edib.
Hücumçu yayda “Liverpul”dan ayrılıb. Salah ötən mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 22 milyon avrodur./Publika.az
