Putin Azərbaycanla əlaqələrdən danışdı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

Referans Media xəbər verir ki, onun sözlərinə görə, Moskva Bakı ilə əlaqələrə böyük önəm verir və iki ölkə arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir.

Dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə çıxış edən Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi sahələrdə möhkəm tərəfdaşlıq mövcuddur. O xatırladıb ki, tərəflər bir neçə il əvvəl müttəfiqlik xarakterli qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalayıblar və bu sənəd ikitərəfli münasibətlərin daha da genişlənməsinə xidmət edir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki