Son günlər adı "Qalatasaray"la tez-tez hallanan və ötən mövsümün ilk yarısında "Fənərbaxça" formasını geyinən Con Duranın yeni komandası rəsmən bəlli olub.
Referans Media xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən kolumbiyalı hücumçunun Türkiyəyə qayıdaraq "Qalatasaray"a keçəcəyi iddia edilirdi. Lakin transferlə bağlı yayılan xəbərlərə Portuqaliyanın "Benfika" klubu son qoyub.
Portuqaliya nəhəngi rəsmi açıqlama yayaraq Con Duranı icarə əsasında heyətinə qatdığını bildirib.
Transferin maliyyə detalları açıqlanıb
Məlumata görə, "Benfika" bu keçid üçün "Əl-Nəsr"ə 6,1 milyon avro icarə haqqı ödəyəcək.
Razılaşmada Portuqaliya klubunun istəyi ilə aktivləşdirilə biləcək 30 milyon avro dəyərində satınalma opsiyası da yer alıb.
Beləliklə, adı Türkiyənin nəhəng klubları ilə hallanan Con Duranın növbəti dayanacağı İstanbul deyil, Portuqaliya olub.
