Pakistanda hərbçiləri daşıyan qatar keçərkən dəmir yolu yaxınlığında bomba partlayıb.
Referans Media xəbər verir ki, hadisə Bəlucistan əyalətində baş verib.
Nəticədə azı 24 nəfər ölüb, 50 nəfər yaralanıb.
“Partlayıcı qurğu qatarın son dayanacağına təxminən 1 kilometr qalmış işə düşüb. Güclü partlayışdan sonra qatarın iki vaqonu aşıb və alovlanıb.
Hadisə yerinin yaxınlığında park edilmiş avtomobillərə də ziyan dəyib”, – deyə bildirilib.
Oartlayışın səbəbləri araşdırılır.
