Dünya çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Əlcəzair – Avstriya matçı ilə bağlı “danışılmış oyun” şübhələri artmaqda davam edir.
Referans Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qarşılaşma 3:3-lük bərabərliklə başa çatıb.
Həmin matçın 28-ci dəqiqəsində Avstriya hesabı açır. Lakin birinci hissənin son dəqiqəsində afrikalılar bərabərlik qolunu vurur. Avstriya 55-ci dəqiqədə yenidən önə keçir. Cəmi 5 dəqiqə sonra Əlcəzair fərqlənərək hesabda tarazlıq yaradır.
90+3-cü dəqiqədə isə Afrika təmsilçisi önə keçir. Lakin bu zaman futbolçulara bildirilir ki, onlar ikinci pillənin sahibi olacağı halda İspaniya ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar.
Nəticədə, Əlcəzair 90+6-cı dəqiqədə qol buraxaraq ən yaxşı üçüncülər arasına girir və İsveçrəyə rəqib olur.
Bu matçın belə hesabla bitməsi böyük şübhələrə yol açır.
