image-qeterbackend

Qətərdən İrana ağır zərbə: Görün nələr məhv edildi

Qətərin Hərbi Hava Qüvvələri İranın iki ədəd “Su-24” təyyarəsinin, həmçinin ölkə ərazisinə yönələn ballistik raketlər və pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb.

Referans Media xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

“Qətər Əmirinin Hərbi Hava Qüvvələri İran istiqamətindən hərəkət edən iki “Su-24” təyyarəsini uğurla məhv edib”, — deyə Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, Qətər hərbçiləri eyni zamanda ölkənin müxtəlif bölgələrini hədəf alan yeddi ballistik raketi və beş pilotsuz uçuş aparatını da zərərsizləşdiriblər.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki