Rekord məbləğ açıqlandı – Sıla Türkoğlunun reklam qazancı şok effekti yaratdı

Məşhur aktrisa Sıla Türkoğlu yeni siması olduğu diş məcunu markasının reklam çəkilişindən qazandığı məbləğlə gündəmə gəlib.

Referans Media xəbər verir ki, təxminən 8 saat davam edən reklam çəkilişindən 15 milyon TL qonorar alıb. Bu məbləğ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

“Kızılcık Şerbeti” serialı ilə geniş tamaşaçı auditoriyası qazanan aktrisa yeni layihəsi öncəsi reklam müqaviləsi imzalayıb. Çəkilişlərin qısa müddətdə tamamlandığı və əldə edilən qazancın diqqət çəkdiyi bildirilir.

Yeni reklam filmi ilə bağlı danışan Sıla Türkoğlu belə deyib: “Hər kəsin azad şəkildə gülümsəməsi üçün ilham vermək istədim.”

Aktrisanın qazandığı məbləğ şou-biznes aləmində “dodaq uçuqladan qonorar” kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki